Azərbaycanın bir çox tanınmış simaları paytaxtımızda ilk dəfə keçirilən "Santa Klausun evi" adlı şouya hazırlaşır.
Şou dekabrın 20-i saat 13:00-dan yanvarın 5-dək Novxanıdakı "AF otel"də baş tutacaq. Həmin şouya tanınmış müğənnilərdən Lalə Məmmədova, Fidan Hacıyeva, Niyam Salami, Elton Hüseynəliyev, Ayan Babakişiyeva, Günel Məhərrəmova, Roza Zərgərli, Samir Piriyev, Günay İbrahimli, aparıcılardan Vüsalə Əlizadə, Cavid Gül, Şəhriyar Əbilov, rəqqasə Fatimə Fətəliyeva, prodüserlər Tolik, Təranə Səmədova və digər tanınmışlar dəvətlidir. Gecədə Santa klausun qəbul otağında uşaqlarla görüşü, diskoteka, müsabiqələr , sürprizlər və yeni il hədiyyələri verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, məşhurların iştirakı ilə baş tutacaq "Santa Klausun evi" şousu dekabrın 20-dən yanvarın 5-nə qədər saat 10:00-dan 20:00-a qədər davam edəcək.
"Santa Klausun evi" şousuna qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və "AF otel"dən əldə edə bilər. Biletin qiyməti 15 manatdır ( 1 yaşa qədər uşaqlar üçün pulsuz). /lent/
Əlaqə nömrələri : (012) 441 24 01
(050) 868 22 65
Mediainfo.az
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































