Mediainfo.az-ın məlumatına görə, dünən türk musiqisinin Divası hesab olunan Bülent Ersoy böyrək xəstəliyindən əziyyət çəkdiyi üçün xəstəxanaya aparılıb. Onun səhhəti haqda KİV-ə açıqlama verən meneceri Fevzi Siverek, "illər öncə Adanada Bülent xanıma silahla hücum edilmişdi. Nəticədə o, böyrəklərindən birini itirmişdi. Qalan tək böyrəyində isə daş var. Bu səbəbdən tez-tez müalicə alır. Həkimlər əməliyyatın risk olduğunu söyləyirlər. Bu üzdən təbii yolla daşı salmağa çalışırlar", – deyə açıqlama verib.
Menecer həmçinin B.Ersoyun sərvətinin kimə həvalə ediləcəyi barədə də danışıb:
- Miras Türk Egitim Vakfına və Diyanet Vakfına bağışlanacaq. Düzdür, Zeki Mürenin mirası Mehmetcik Vakfına bağışlanılmlşdı. Amma bildiyiniz kimi, Bülent xanıma oradan yasaq qoyulmuş, vaxtilə bütün haqları əlindən alınmışdı. Ona görə də qəlbi sınıb. Bülent Ersoy mirasıyla məscidlər tikdirmək, Quran dərsləri tədris etmək də istəyir.
Günel Həbib
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































