Müğənni Sevinc Ağaşirinova Türkiyə mətbuatında "Azərbaycanın divası" adlandırılmasına münasibət bildirib.
Qardaş ölkədə gördüyü diqqətdən məmnun olduğunu dilə gətirən ifaçı bu cür adlandırılması ilə bağlı yaranan müzakirələrdən narahat olduğunu bildirib: "Türkiyə mətbuatında haqqımda tez-tez məlumatlar dərc olunur. Yazılan xoş sözlərdən məmnunam, başqa bir ölkədə də diqqət görmək xoşdur. "Azərbaycanın divası" adlandırmaları müəyyən söz-söhbətlərə səbəb olub. Bəziləri düşünür ki, mən özümü bu cür təqdim etmişəm və ya özüm-özümü "diva" adlandırmışam.
İlanla rəqsim Türkiyə mətbuatının diqqətini çəkib. Türkiyədə olanda da mənə bildirdilər ki, bizim səhnədə belə bir müğənni yoxdur. Bu cür söhbətlər məni narahat edir. Mən öz sənətimlə ciddi məşğul olan, üzərimdə var gücü ilə çalışan gənc müğənniyəm. Uğurlarım qarşıdadır. Hamı bilir ki, ölkəmizin "diva"sı xalq artisti Aygün Kazımovadır. O, illərlə bu sənətdə can qoyub və bu ada layiqdir. Mən isə gələcəkdə uğurlarım sayəsində fərqli ada layiq görülmək istəyirəm. Aygün xanıma da uğurlar arzulayıram".
Qeyd edək ki, müğənni Sevinc Ağaşirinova Türkiyə mətbuatında "Azərbaycanın divası" adlandırılıb./publika/
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































