"Eurovision 2008" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Elnur Hüseynov dünən "O ses Türkiye" mahnı yarışmasında iştirak etdi. O, səhnəyə ingilis dilində ifa etdiyi "Lutch" mahnısı ilə çıxdı. E. Hüseynovun ifası nəinki münsiflər heyəti, bütün tamaşaçılar tərəfindən böyük heyranlıqla qarşılandı.
"O ses Türkiye"nin münsiflərindən olan Gökan Özoğuz bildirdi ki, yarışmanın keçirildiyi müddətdə ikinci belə səs görməyib. Digər münsiflər Hadisə və Ebru Gündeş də E. Hüseynovun ifasından şoka düşdüyünü bildirdilər. Münsiflərdən Özkan Uğur isə ayağa qalxaraq, "Bu səsə şapka çıxarmaq lazımdır, şapka", - deyə heyranlığını gizlədə bilmədib.
Daha sonra Elnur layihə rəhbəri Acunun xahişi ilə iki türk mahnısı da oxudu. Yenə də hər kəsi heyran qoyan müğənni tamaşaçıların və münsiflərin israrlı xahişi ilə ümumilikdə səhnədə dörd mahnı ifa etdi. Sonda E. Hüseynov münsiflərdən Ebru Gündeşlə yoluna davam edəcəyini açıqladı.
Onu da əlavə edək ki, E.Gündeş heç bir səbəb olmadan Elnur üçün bir albom buraxmaqdan ötrü ona maddi dəstək olacağına da söz verdi.
P.S. Bu gün səhər tezdən bütün Türkiyə mətbuatı və telekanallarındakı xəbərlər "O ses Turkiye"ni coşduran azərbaycanlı Elnur Hüseynovun çıxışından bəhs etməkdədir.
Hazırladı: Könül Aypara
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































