Cem Yılmaz sonuncu filmi "Pek yakında"da qadağan olunmuş maddələrdən istifadəyə təşviq etmə ittihamı ilə bağlı ifadə verib. Türkiyə mətbuatının yaydığı məlumata görə, bir gün əvvəl gecə saatlarında gizlicə İstanbul Ədliyyə İdarəsinə gedən Cem Yılmaz, verdiyi ifadədə ittihamı rədd edib.
"Sabah" qəzetinin xəbərinə görə, Cem Yılmaz belə bir niyyətinin olmadığını, bu ittihamla qarşılaşdığı üçün məyus olduğunu bildirib. Cem Yılmaz heç kəsə görünmədən Ədliyyə binasını tərk edib.
Xatırladaq ki, bir müddət əvvəl "Asılılığa yox" dərnəyinin rəhbəri professor Orhan Kural "Pek yakında" filmində qadağan olunmuş maddələrdən istifadəyə təşviq etmə iddiası ilə Cem Yılmaz haqqında İstanbul Baş Prokurorluğuna şikayət ünvanlayıb.
Mediainfo.az
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































