Müğənni Bahar Lətifqızı uşaqlığında keçirtdiyi çətinliklərdən danışıb
Uşaqlıq illərini internat məktəbində keçirən ifaçı bu gün anasını bağışladığını qeyd edib:
"Həyatın ən bərk şilləsi anamın məni və qardaşımı internat məktəbinə aparması günüdür. Əlbəttə, onu bağışlamışam. Bir dəfə sual verdim, danışdı-danışdı ürəyi getdi. Səbəbi bir Allah bilir, bir də anam. Ona qurban olaram".
Mediainfo.az xəbər verir ki, uşaqlıq illərində keçirtdiyi çətinliklərə baxmayaraq hələ də gülümsəməyi bacaran Bahar Lətifqızı o illərin yaddaşında kök saldığını və əsla unutmadığını deyib:
"Uşağa nə lazımdır? Ana, ata, qohum, əqraba, ümumiyyətlə, ətraf. Biləsən ki, ən azından dayın, xalan, bibin var. Ən azı ağlayanda başına tumar çəkəcəklər, bir saqqız alıb verəcəklər. Amma uşaqlığım onlarsız keçdi. Bu gün isə hər kəs yanımdadır. Mən onları bağışlamışam".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































