Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Azərbaycanın Xalq artisti, məşhur müğənni Brilyant Dadaşovanın şikayəti əsasında gənc bir oğlan həbs olunub.
Aznews.az xəbər verir ki, Sumqayıt sakini olan həmin gəncə dünən Sumqayıt Şəhər Məhkəməsi 15 sutka həbs cəzası verib.
Məhkəmədə açıqlanıb ki, həmin şəxs müğənniyə qarşı xuliqanlıq edib. Belə ki, o özünün çılpaq şəkillərini müğənniyə WhatsApp vasitəsilə göndərməklə, qeyri-əxlaqı hərəkətlərə yol verib. Bunu özünə qarşı təhqir hesab edən Xalq artisti məhkəməyə müraciət edərək həmin gəncin cəzalandırılmasına nail olub. Xəbəri Brilliant Dadaşova məlumatı təsdiq edib.
Mediainfo.az