Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Türkiyənin məşhur müğənnilərindən olan Keremcem nəhayət ki, evləndi. ANS PRESS-in məlumatına görə, Keremcem aktrisa Səda Güvənlə Fransanın paytaxtı Parisdə nigaha daxil olub. Cütlük Türkiyənin Parisdəki səfirliyində nikaha giriblər və mərasimdə yalnız cütlüyün yaxın dostları iştirak edib. Toy mərasimi isə İstanbulda baş tutacaq. Qeyd edək ki, bu ilin iyun ayında müğənni Türkiyənin görkəmli memarı Aydın Boysanın ad gününə həsr olunmuş əyləncədə romantik sürprizə imza ataraq, anasının üzüyü ilə uzun zamandır birlikdə olduğu Səda Güvənə evlənmək təklifi etmişdi. Akrisa isə sevincindən göz yaşların saxlaya bilməmişdi.
Mediainfo.az