Müğənni Xatirə İslam yenidən qalmaqallı açıqlamalarla gündəmə gəlib. "ATV maqazin" verilişinə açıqlamasında sənətçi müğənniliyi bəyənməyən həmkarlarına sərt mesaj göndərib:
"Bəzi sənətçilərin bədbəxtliyi ondadır ki, bir-birlərini bəyənmirlər. Təki şou-biznesdəkilər bir-birlərini mənim onları istədiyim kimi istəsinlər. İstəyirəm ki, aramızda olanları xalq bilməsin. Bəzi həmkarlarım deyir ki, bilsəydi, müğənni olmazdı. O biri deyir ki, oğluna müğənni almaz, digəri söyləyir ki, qızını müğənni olmağa qoymaz. Oğluma niyə müğənni almayım? Qızımın səsi olsa, niyə müğənni olmağa qoymayım? O sözü deyənlərin özlərində nöqsan var. Müğənniliklə bu yerə gəlib çıxmısınız. Ali təhsilli insanlar işə getmək üçün səhər saat 7-də avtobus gözləyirlər. Gül kimi eviniz, maşınınız, yaşayışınız var. Gözəl yaşayışı sənətinizlə, səsinizlə qazanmısınız. O səsinizə hörmət edin. Övladım kaş mənim kimi müğənni olsun. Dırnaqarası oxuyanlardan danışmıram. Müğənnilərin uşaqları xarici ölkələrdə təhsil alır. Bu qədər gözəl şeylərdən sonra adam "bilsəydim müğənni olmazdım" deyər? Onlara sual verirəm. Bu cür yaşamaq üçün kim olardın?".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































