Bəstəkar Cabbar Musayev bu barədə "Günəbaxan" verilişində qonaq olarkən aparıcı Kamran Həsənlinin "Könül xanım sizin mahnınızı oxumaq istəmir. Ətrafda belə ab-hava yaranıb" sualına belə verib.
"Bu cür hal bir dəfə olub. Mən "Unuduldum" mahnısını yazdım. Könül xanım istəmədi, oxumadı. Dedi, bunu Röya ifa etsin. Söylədim yaxşı fikirləş, dəqiq? Dedi, "hə". Verdim Röyaya oxudu, hit oldu".
K.Kərimova bir vaxtlar tamaşaçılarından küsdüyünü etiraf edib:
"Bir an gəldi ki, qəlbim küsdü. Layiqli mahnılar oxuduqca gördüm əhəmiyyət vermirlər. Fasilə etdim. Amma dözmədim, geri döndüm, dedim səhv etmişəm. Yenidən oxumağa başladım. Hətta bir ara lirik mahnılara da ara verdim. Dedim, Cabbar, bir az ritmik bəstələr yaz. İndi görürəm ki, tamaşaçı bizim ifamızı alqışlayır. Bu cür alqışlar çoxaldıqca bayağı mahnıları sıradan çıxara bilərik".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































