Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Erməni mətbuatı bu dəfə Azərbaycana qarşı müğənni Nadir Qafarzadədən istifadə edib.
Müğənninin "Ford Boyard" verilişində "məşhur" son çıxışından istifadə edən mətbuat bu mənasız fürsətdən belə yararlanmağa çalışaraq, onun qorxaqlığını vurğulayıb. Qafqaz türklərinin (azərbaycanlıların) siması olaraq təqdim etdikləri Nadir Qafarzadənin timsalında guya xaraktercə necə olduğumuzu "sübut etməyə" absurd bir cəhd göstəriblər.
Əlbəttə, Mübariz İbrahimov xofunun canlarından çıxması üçün düşmənin Nadir Qafarzadə təbliğatını anlamaq olar. Amma bütün hallarda bir şou müğənninin verilişdəki əyləncəli qışqırığından və ürəkgetməsindən sui-istifadə edilməsi bir daha ciddi mediadan diqqətli olmağı tələb edir.