Bəstəkar-aparıcı Murad Arif yaradıcılıq işlərindən danışıb
Məlumata görə, M.Arif bildirib ki, özünü müğənni kimi də sınayacaq: "İfaçılıqda çox ciddiyəm. Artıq yarım ildir ki, vokal dərsləri alıram. İlk ifa etdiyim "Həyat yoldaşımsan" adlı mahnım çıxandan sonra inanılmaz maraq və dəstəklə qarşılandım. Bütün bunlar əlbəttə ki, adama həvəs, "qol-qanad" verir. Yaradıcılıq işlərim bununla bitmir. Artıq iki yeni mahnım aranjemandadır. Yaxın günlərdə bütün medianı ifaçı kimi ilk klipimin təqdimatına dəvət edəcəyəm. Çox rəngarəng, zərif və zövqlü bir klip alınıb. Tamaşaçılarla paylaşmağa tələsirəm. Klipdə mənim tərəf müqabilim məşhur bir simadır. O kimdir? Bu sirr qalsın. Yaxın günlərdə təqdimat zamanı məlum olacaq!"
M.Arif daha sonra yeni fotosessiyasından söz açıb: "Açığını deyim bir neçə il öncə çəkilmiş şəkillərmi elə də sevmirəm. Çünki çox kilolu görsənirəm. İndi xeyli, təxminən 25 kilodan artıq çəki atmışam. Bəzən xəbər portalları haqqımda yazılan xəbərlərdə köhnə, kilolu şəkillərimdən istifadə edir. Buna görə də yeni fotosessiya etdirmək qərarına gəldim. Düşünürəm ki, yeni şəkillərim fərqli alınıb. Fotoları və klipimi Fərhad Ali çəkib. Farhad Alinin müğənni Miri Yusiflə birgə olan işbirliyini çox bəyəndim. Güman edirəm ki, ilk klipimdə yanılmamışam.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































