Xalq artisti Yalçın Rzazadənin səhhəti yenidən ağırlaşıb. Publika.az-ın əməkdaşının telefon zənginə cavab verən sənətkar özünü pis hiss etdiyini və dünəndən səhhətindəki problemlərin yenidən özünü büruzə verdiyini söyləyib:
"Qan təzyiqim yüksəkdir, ürəyimdə problem var. Elə indicə həkimdən gəlirəm. Dünən də Mədəniyyət və İncəsənət Universitetindəki işimi yarımçıq qoyub evə getmişdim. Həkimlər bildirdilər ki, bir müddət işə getməyim. Çünki mənə sakitlik lazımdır".
Qeyd edək ki, bir müddət öncə də xalq artistinin sağlamlığında ciddi problem yaranmışdı. Ancaq sonradan həkimlərin müdaxiləsi ilə sənətkarın vəziyyəti stabilləşmişdi
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































