Tanınmış prodüser Tolik (Tarix Əliyev) müğənni Natəvan Həbibinin ona qarşı qaldırdığı iddia ilə razılaşmır. Prodüser iki gün əvvəl ifaçının üstünlüyü ilə yekunlaşan məhkəmə prosesində çıxarılan qərardan apelyasiya şikayəti verəcək. Daha doğrusu Tolikin vəkili Rövşən Mərəndskiy bunu edəcək. Bu isə o deməkdir ki, Tolik Natəvan Həbibinin erməni olduğunu sübut etmək üçün sonuna qədər gedəcək.
Hazırda tərəflərin vəkilləri mediada söz yarışmasına çıxıblar. Həbibinin vəkili Fərid Həsənov mətbuata açıqlamasında deyib ki, məhkəmənin qətnaməsinə görə, məhkəmə araşdırması nəticəsində Natəvan Həbibi milliyətçə azərbaycanlı olduğu məlum oldu və onun erməni milləti ilə heç bir əlaqəsi yoxdur. Tolik Natəvanla bağlı yaydığı yalan məlumata və təhqiramiz ifadələrə görə üzr istəməlidir. Əks təqdirdə Tolik AR Cinayət Məcəlləsinin 306-cı maddəsiylə 3 il həbs oluna bilər.
Prodüserin vəkili Rövşən Mərəndskiy qarşı tərəfin vəkilinin bu açıqlamasını əsassız və yersiz adlandırıb: "Mən başa düşə bilmirəm Fərid Həsənov məhkəmədir, yoxsa hakim? O, AR Cinayət Məcəlləsinin 306-cı maddəsini əsas gətirərək açıqlama verib. Onun diqqətinə çatdırmaq istəyirəm ki, bu maddə mülki proseslərə o zaman aid edilir ki, qətnamə ilk öncə qüvvəyə minməlidir. Əgər cavabdeh qətnamənin icrasından qərəzli surətdə boyun qaçırırsa, bu halda inzibati məsuliyyət yaranır (xəbərdarlıq və ya cərimə). Daha sonra yenə də boyun qaçırarsa, cinayət işi açılır, məhkəmə prosesi keçirilir. Və məsuliyyət növünü hakim seçir. Məhkəmə qətnaməni ötən gün elan edib. Biz onun surətini bir neçə gündən sonra əldə edəcəyik. Biz Tolikin adından apellyasiya şikayəti verəcəyik.
Qətnamənin surəti hələ 10-15 gündən sonra bizə təqdim olunacaq. Ötən gün oxunan qətnamə heç də yekun qərar deyil. Həmkarım Fərid Həsənova səslənirəm ki, vaxtından əvvəl gurultulu açıqlamalarla oxucu kütləsini çaşdırmasın. Qətnamənin icrasından danışmağın heç yeri yoxdur. Çünki hələ bilmirik ki, ədalətli Apellyasiya Məhkəməsi hansı qərarı qəbul edəcək. Mən sona qədər hüquqlarını müdafiə etdiyim Tarix Əliyevin düzgün olduğunu sübuta yetirməyə çalışacağam".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































