Tanınmış müğənni Səidə Sultanla "Bank Respublika" arasında qalmaqal yaşanıb
Aznews.az-a istinadən verdiyimiz məlumata görə, buna səbəb bankın Badamdar filialından götürdüyü krediti ödəməməyi olub.
Aylıq pulları vaxtı-vaxtında ödəmədiyi üçün bank rəhbərliyi onun barəsində sərt addımlar atmağa məcbur olub. Məlumatda qeyd edilir ki, bankın əməkdaşları müğənniyə bir neçə gün vaxt veriblər. Bildiriblər ki, bu vaxt ərzində banka olan borcları ödəməsə, girov qoyduğu avtomobili əlindən alınacaq.
Səidə Sultan avtomobilinin "Bank Respublika"da kreditdə olduğunu təsdiqləyib: "Bəli, mənim bu bankda kreditim var. Düzdür, geçikmələrim də olur. Amma ödəyirəm. Ödəməm ayın əvvəlindədir. Gecikmə, mən Bakıda olmadığımdan baş vermişdi. Məsələni yoluna qoyacağam".
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































