Millət vəkili, bəstəkar Novruz Aslan yaradıcılığının yeni məhsulunu təqdim edir. Mediainfo.az-ın xəbərinə görə, o, daha bir millət vəkili Eldar Allahyaroğlunun sözlərinə "Qızılgülüm" adlı mahnı bəstələyib. Azərbaycanda hələ ki, qızılgülə mahnı olmadığını düşünən bəstəkar mahnını müğənni Sevinc Musayevaya təqdim edib. Ritmik şən mahnı sevgi və xoşbəxtlik rəmzi olan qızılgülü sevənlər üçün maraqlı olacaq. Artıq mahnının klipi də ekranlaşdırılıb. Rejissor Nail Naiboğlu mahnının sözlərinə və ritminə uyğun əlvan dekor və səhnələr çəkib. Sevinc Musayeva isə qızılgüllərdən don geyinərək kameralar önünə keçib.
Sənətçimizin geyimlərinin müəllifi modelyer Şəlalə Maqsudova, stilist isə Nura Babayevadır. Müğənni klipin çox dinamik, əlvan və sevgi dolu olduğunu bildirərək, tamaşaçıların zövqünü oxşayacağına inanır. "Mahnının sözləri çox sadə, asan və diləyatımlıdır. Əslində bu cür mahnılar üçün sözlər məhz belə olmalıdır. Novruz Aslan isə həmişə olduğu kimi müasir və maraqlı bir bəstə ərsəyə gətirib".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































