"Göyçək" ləqəbi ilə tanınan rəqqasə Fatimə Fətəliyevadan xəbər var. Mediainfo.az-a açıqlama verən tanınmış rəqqasə bildirib ki, noyabrda Hindistan və Türkiyədə iştirak edəcəyi festivalların hazırlıqlarına başlayıb: "Mən demək olar ki, bir çox şou əhli istirahət etdiyi zaman yaradıcılıq işlərimə start vermişəm. Bunun nəticəsində də yeni mövsümə "Qafqaz bloku" rəqsi ilə başladım. Düşünürəm ki, yaxşı da alındı. Çünki bu günə qədər bu rəqsi Azərbaycanda oynayan olmamışdı. Bu yay yetəri qədər istirahət etmədim. Tələbələrimlə məşğul oldum. Buna görə peşman deyiləm. Çünki tələbələrimə nəsə öyrədirəmsə, bundan zövq alıram. Zamanında mən də müəllimlərimdən rəqsin sirlərini öyrənmişəm. Çox şükür ki, müəllimlərimdən bəhrələndiklərimi tələbələrimə də öyrədə bilirəm. İndi isə məni daha bir sınaq gözləyir. Noyabrda Hindistanda və Türkiyədə festivalda iştirak edəcəyəm. Artıq festivalda təqdim edəcəyim rəqslərin hazırlıqlarına başlamışam. Əsas diqqətimi də məhz həmin müsabiqəyə yönəltmişəm. Allahın köməyi ilə Azərbaycana yaxşı nəticə ilə dönəcəyimə inanıram".
Qeyd edək ki, F.Fətəliyeva noyabrın ilk həftəsində Hindistanda, ikinci həftəsində isə Türkiyənin Mersin şəhərində keçirilən festivalda iştirak edəcək.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































