Şairə Nazilə Səfərli ilə aşıq Telli Borçalı arasında sular durulmaq bilmir. Bu gün hər iki tanınmış arasında daha bir qalmaqalın təməli qoyuldu desək, yanılmarıq. Qalmaqala səbəb şairənin facebook sosial şəbəkəsindəki səhifəsində paylaşdığı şəkil, həmçinin, şəklə olan rəydir:
"Yuxudan oyandım ki, bu şəkli mənə aşıq dostumuz yollayıb, yuxum qaçdı eeee))))))"
Söhbət Aşıq Tellinin uzunqulaq üstündə çəkilmiş karikaturasından gedir.
T.Borçalı ilə əlaqə saxlayıb, baş verənlərlə münasibətini öyrənmək istədik. Aşığın özü zəngə cavab verməsə də, xəttin o biri başından bacısı dilləndi:
- Əvvəla, bu şəkildən xəbərimiz yoxdur. İkincisi, Aşıq Samirə də atın üstündə klip çəkdirib də. Burda nə qəbahət var ki? Bacımın uzunqulaq üstündə şəklini kimsə karikatura kimi məsxərəyə qoyursa, həmin adamın aşıq sənətindən başı çıxmır demək. O adam özünü reklam edir. Sosial şəbəkələrdə belə şeylər çox olur. Həmin adamın adını çəkmək istəmirəm (şairə Nazilə Səfərli nəzərdə tutulur – Ş.N.). Görünür, Telli Borçalı həqiqətən qorxuludur ki, onun yuxusunu qaçırdıb.
O adam heç bilmir aşıq nədir, söz nədir. Belə şeylərdən xəbərsizdir, ona görə də yuxusu qaçıb. Bilirsiniz, Tellini hansısa aşıq müzakirə etsəydi, ona cavab verərdik. Bu adam deyirsə, qoy nə deyir desin. Belələrinə cavab vermirik.
Əlavə edək ki, T.Borçalının karikaturası bir sıra müğənnilər və həmkarları tərəfindən sosial şəbəkələrdə paylaşılmaqdadır. Abbas Bağırov, Xatun Əliyeva siyahıya aid edilənlərdəndirlər.
Hazırladı: Şəlalə Nəriman
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































