Məşhur aktyor Jerar Depardye bildirib ki, gün ərzində 14 müxtəlif butulka alkoqollu içki içir. Belə ki, onun sərxoşluq eyforiyası xoşuna gəlir.
Məşhur fransız və eyni zamanda rus aktyoru Jerar Depardye "So film" jurnalına müsahibəsində bildirib ki, alkoqol içəndə normal insanlar kimi içmir. Bir gün ərzində o, 12, 13, hətta 14 şüşə içki içə bilər. Aktyor etiraf edib ki, o, qəmli olanda və darıxanda içir.
Depardye deyib ki, gün ərzində müxtəlif içikilər içir; səhər şampan və ya qırmızı şərab, sonra yenə şampan. Nahara yaxın yarım şüşə cirə arağı, sonra daha iki şüşə şərab. Nahardan sonra şampan və ya pivə, axşam isə araq və ya viski.
"Amma mən heç vaxt tam sərxoş olana qədər içmirəm – elə-belə, yüngülcə. Sonra 10 dəqiqə mürgüləmək kifayətdir ki, tam ayılım. Bir qurtum "çəhrayı" və mən artıq ayılmışam", - deyə Depardye sevincək bilririr. O, daha sonra əlavə edib ki, sərxoşluq zamanı özünü canlı və həyat dolu hiss etməsi xoşuna gəlir, vəssalam. "Amma bu vəziyyətdə 10, 15, 30 dəfə olursansa, artıq yolunu azmağa başlayırsan. Yaşamaq – sadəcə sərxoş olmaqdan daha böyük bir şeydir!", - deyə aktyor əlavə edib.
Müsahibəni alan jurnalistlər təəccüblərini saxlaya bilməyiblər və Jerar Depardyenin söylədikləri haqqında psixiatr-narkoloqdan da soruşublar: "Məgər insan orqanizmi bu qədər alkoqola dözə bilərmi?"
Psixiatr-narkoloq isə bildirib ki, bu qədər alkoqolu içə bilməsinin bir neçə səbəbi var: çəkisinin artıq olması və genetik xüsusiyyətlər. Belə ki, Depardye avropoid qrupa aiddir ki, onlarda da fermentlərinin genetik fəallığı böyükdür, nəinki ruslarda.
Bəs onda biz həqiqi – ayıq Jerar Depardyeni tanıyırıqmı? Bəlkə, o, ipoxondrik (xəstəlik xəstəliyi – sağlam olduğu halda özünü xəstə hesab etmək) və melanxolikdi. Onu şən olmağa vadar edən isə sadəcə alkoqoldur.
Ümumiyyətlə, komik aktyorlar çox vaxt kədərdən, depressiyadan qaçmaq üçün alkoqola qaçırlar. Bəlkə də, Depardye illər əvvəl keçirdiyi aktiv aktyor həyatı üçün darıxır./ans/
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































