"Türkiyədən bir neçə gündür qayıtmışam. Həkimlər dedi, hər şey qaydasındadır". Bunu Apa-ya açıqlamasında xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, Türkiyədə növbəti dəfə müayinədən keçərkən həkimlər əməliyyatın nəticəsini qənaətbəxş qiymətləndiriblər: "Amma buna baxmayaraq, yenə özümü qorumalıyam, hər şey nəzarət altında olmalıdır. İşə çıxıram, yuxum, yeməyim qaydasındadır, iki aydan sonra yenə müayinəyə gedəcəyəm. Həkimlər hər dəfə məni sevindirir. Ümid edirəm ki, növbəti müayinə zamanı da sevinməkdə davam edəcəyəm".
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































