Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
Müğənni Mətanət İsgəndərli teleaparıcı Ülvira Qarayevanın onun gənclik illərində tramvay sürməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Müğənni xanım Publika.az-a açıqlamasında deyib ki, onun cavanlıqda tramvay sürməsiylə bağlı deyilənlər yalandır:
"Ülviraya səhv məlumat veriblər. Böyüklərdən soruşsun, ona mütləq düzünü deyəcəklər. Mən cavanlıqda paravoz sürmüşəm. Bakı-Biləcəri, Bakı-Ucar reysində işləyirdim. Paravozu yaxşı sürdüyümə görə məni sonra gəmiyə keçirdilər. Bir müddət də gəmi sürmüşəm".
Qeyd edək ki, teleaparıcı Ülvira Qarayeva aparıcısı olduğu verilişdə Mətanət İsgəndərlinin gənclik illərində tramvay sürdüyünü bildirmişdi.
Mediainfo.az