Colinin gəlin paltarı övladlarının şəkilləri ilə bəzədilib

Colinin gəlin paltarı övladlarının şəkilləri ilə bəzədilib
Toyun tortunu cütlüyün 10 yaşlı oğlu bişirib

Dünya ulduzları Ancelina Coli və Bred Pitt nəhayət ki, 23 avqust günü on illik münasibətlərini rəsmiləşdirdilər. People jurnalının məlumatına görə, jurnalın sabah satışa buraxılacaq sayı bütünlüklə ulduzların toyuna həsr olunub. Məlumatda o da bildirilir ki, toyda cəmi 20 nəfər ailəyə yaxın qonaqlar iştirak ediblər və mərasim cütlüyün Fransadakı iqamətgahında həyata keçirilib. Gəlin paltarını tikən Versace modelyeri bütünlükdə geyimi və fatanı cütlüyün 6 uşağının şəkilləri ilə bəzəyib. Ssenariyə uyğun olaraq uşaqların hər biri toyun təşkilində yaxından iştirak ediblər. Ailənin böyük övladları cütlüyü məbədə aparıb. Digər uşaqlar isə onların yoluna gül ləçəkləri səpməklə məşğul olublar. Bundan başqa, cütlüyün andiçmə mərasiminin mətnini də uşaqlar yazıblar. 10 yaşlı oğulları isə mərasimin tortunu bişirib.

Xatırladaq ki, adıçəkilən cütlük 10 il əvvəl "Mister və missis Smit" filminin çəkilişləri zamanı tanış olub. O zamanlar onların sevgi romanları haqda məlumatlar yayılsa da, hər ikisi bunu inkar edib. Belə ki, həmin ərəfədə Berd Pitt "Dostlar" serialının baş qəhrəmanı Cennifer Enistonla rəsmi nikahda idi. "Mister və missis Smit" filmi 2005-ci ilin iyununda prokata çıxarkən Pitt artıq həyat yoldaşından ayrılmışdı. Buna baxmayaraq, o və Coli münasibətlərini yalnız 2006-cı ildə etiraf ediblər. O zaman cütlük ilk uşaqlarının həyata gəlişini gözləyirdi. Hazırda isə onların 3 doğma və 3 övladlığa götürülmüş uşaqları var.

Qeyd edək ki, mətbuatda dəfələrlə Ancelina Coli və Bred Pittin toy etdikləri bildirilsə də, 2012-ci ilin aprelində nişanlanan cütlük bu xəbəri israrla təkzib edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az