ŞOK!!! Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb!

ŞOK!!! Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb!
Natavan Həbibi: "Ömrümün axırına kimi Aygün Kazımovaya hamısını qaytaracam!"

Xalq artisti Aygün Kazımova Xəzər Rayon Polis İdarəsinə çağırılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, xalq artistinin həmkarı Natəvan Həbibinin şikayəti üzrə polis şöbəsinə çağırılaraq izahatı alınıb. Məsələ ilə bağlı müğənni Natəvan Həbibi ilə əlaqə saxladıq.

"Qafqazinfo"ya açıqlama verən müğənni sözügedən məsələdən danışıb:

"Bəli, mən Aygün Kazımova, Tolik və Zoriki məhkəməyə vermişəm. Bu 3 şəxs hər dediyi ifadələrə görə qanunla cavab verəcəklər. Aygün Kazımova mənə nə edibsə, ömrümün sonunadək hamısını qaytaracam. Erməni söhbətini ilk dəfə o qaldırıb. Mənə nə edibsə, 5 qatı ona qayıdacaq. Heç vaxt onu bağışlamaram. Allah cavabını versin. Mənim haqqımda nə deyirsə, hamısı özüdür, özünə deyir. Mən heç kimin qabağında susmamışam və susmaram. Yaşayış yerim üzrə Xəzər rayon polis idarəsinə müraciətimlə bağlı Aygün Kazımova polis idarəsinə çağırılıb və izahatı alınaraq tədbir görülüb. Vaxtı gələndə hamısını ətraflı açıqlayacam. Hər şeyin öz vaxtı var. Natəvan onlar kimi deyil, Natəvan çox ağıllıdır".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az