Dünya şöhrətli Azərbaycan əsilli müğənni, BMT-nin sülh elçisi Sami Yusuf BMT-nin Dünya Ərzaq Proqramının dəstəyi ilə Qəzza üçün konsert proqramında çıxış edəcək.
Sami Yusuf yeni işıq üzü görəcək "THE CENTRE" albomu ilə sentyabrın 16-da Londonda "Cadogan Hall"da pərəstişkarları ilə görüşəcək.
Yeni işıq üzü görəcək "THE CENTRE" albomu Azərbaycan üçün də özəl bir albom sayıla bilər. Albomda Sami Yusuf Azərbaycan xalq mahnısı olan "Sarı Gəlin"i həm azərbaycanca, həm də ingiliscə səsləndirib. Albomdakı mahnıların ifası zamanı Azərbaycan milli musiqi aləti olan tardan da istifadə olunub.
Xatırladaq ki, Sami Yusuf Azərbaycan musiqilərindən indiyədək "Ayrılıq", "Küçələrə su səpmişəm", "Sənə də qalmaz"ı konsertlərində səsləndirib, hətta sayca dördüncü albomu olan "Salam" albomuna "Küçələrə su səpmişəm" mahnısını əlavə edib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































