Tanınmış müğənni Nadir Qafarzadə ilə polislər arasında qarşıdurma olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, müğənni Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindəki 1 saylı Ruhi Əsəb Dispanserində xidmət aparan mühafizə polisinin əməkdaşları ilə dalaşıb. Bəlli olmayan səbəblərdən müğənni ilə asayiş keşikçiləri arasında narazılıq yaranıb. Bu zaman N.Qafarzadə polislərə qarşı kobudluq edib, onları söyüb. Dərhal hadisə yerinə Sabunçu rayon Polis İdarəsi, 14-cü Polis Bölməsinin əməkdaşları gəlib. Müğənni bölməyə aparılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Bildirilir ki, əvvəlcə tanınmış müğənniyə Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin "xuliqanlıq" maddəsi ilə iş başlanılıb. Lakin çox keçmədən cinayət işinin istintaqı dayandırılıb və işə xitam verilib. Xuliqanlıq əməli ilə bağlı materiallar isə 14-cü polis bölməsinin təhqiqat şöbəsinə göndərilib. Hazırda müğənninin əməli ilə bağlı polis bölməsində araşdırmalar aparılır.
Məsələ ilə bağlı Lent.az Nadir Qafarzadə ilə əlaqə saxlayıb. O, əvvəlcə Maştağada bağ evinin olduğunu desə də, sonradan mətləbə gəlib: "Qardaşım Maştağadakı ruhi-əsəb xəstəxanasında müalicə olunur. Ona görə ora getmişdim. Mən azadlıqdayam. Başqa nəysə öyrənmək istəyirsinizsə polislə danışın".
Qeyd edək ki, Nadir Qafarzadənin qardaşı Qarabağ müharibəsində başından ağır xəsarət alıb və uzun müddətdir ki, ruhi-əsəb dispanserində müalicə olunur.
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































