Gənc aktyor Qərib Nəsibov klipə çəkilir. Hər zaman filmlərdə, seriallarda yer alan aktyor bu dəfə müğənni Könül Şıxəliyevanın "Xatirələr" mahnısına çəkilən klipdə rol alacaq. Klipdə sevgili rolunda çıxış edən Qərib bu barədə Mediainfo.az-a açıqlama verdi:
"İndiyə kimi müxtəlif filmlərdə rol almışam. Mənə klipdə oynamaq təklifi gəldikdə hesab etdim ki, bu mənim üçün həm maraqlı, həm də yenilik olacaq. Ona görə təklifi qəbul etdim. Ümid edirəm ki, klipdəki obrazım da tamaşaçıların xoşuna gələcək. Çəkilişlərə gəlincə isə hazırda çəkilişlər davam edir. Belə ki, klip elə paytaxtımızda çəkilir. Fuad Tofiqoğlunun rejissorluq etdiyi klipdə maraqlı nüanslara da rast gələcəksiniz. Odur ki, səbirsizliklə gözləyin".
Qeyd edək ki, Qərib Nəsibov bundan əvvəl "Sindrom", "Ölümsüzlərə tələ", "Çaqqal nəfəsi" seriallarında rol alıb. Bundan əlavə, gənclərin film festivallarında əsas obrazlardan birini canlandırıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































