Opera və Balet Teatrının solisti, xanəndə Vüsalə Musayeva ustad dərsi keçəcək.
Bu barədə Mediainfo. az-a məlumatında xanəndə bildirib ki, Filippinin opera müğənnisi, məşhur "Mulan" cizgi filmindəki mahnıların əsas ifaçısı Lea Salongaya Azərbaycan mahnısı öyrədəcək: "2012-ci ildə "San Francisco World Music Festival"ının əsas siması kimi tərəf-müqabilim İlkin Əhmədovla "Leyli və Məcnun" tamaşasında çıxış etdik. Bir müddət əvvəl həmin festivalın təşkilatçıları mənə ustad dərsi keçməyi təklif etdilər. Qürurverici haldır ki, məşhur bir sənətçiyə Fikrət Əmirovun "Göy göl" mahnısını öyrədəcəm. Dərslər sentyabrda başlayacaq və skayp vasitəsilə olacaq. Artıq mahnının notlarını və sözlərini göndərmişəm".
Xanəndə onu da bildirdi ki, "San Francisco World Music Festival"ın çəkiliş qrupu gələn ay Bakıya gələcək və xanəndə ilə bağlı çəkilişlər aparacaq. L.Salonga "Göy göl"ü noyabrda keçiriləcək festivalda ifa edəcək.
Şəlalə Nəriman
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































