Space-in aparıcısı Seva Camalova rəfiqəsi ilə birgə avtomobil qəzası keçirib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, ötən həftə teleaparıcının rəfiqəsinin idarə etdiyi avtomobil yol kənarındakı qayaya çırpılıb. Hadisə nəticəsində teleaparıcı və rəfiqəsi müxtəlif dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib, Seva Camalovanın baş nahiyəsinə 4 tikiş vurulub. Hazırda xanım aparıcının vəziyyəti yaxşıdır.
Qeyd edək ki, Seva Camalova "Space" telekanalında "Azərlotereya" ASC-nin təşkil etdiyi "Azərlotereya" verilişinin aparıcısıdır.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































