Gənc və istedadlı müğənni Yaqut Nəriman ölkənin bir nömrəli stilisti Samiraldo ilə işbirliyinə başlayıb. Belə ki, Yaqut xanım Samiraldo ilə foto-sessiya etdirib. Bu yaxınlarda ana olmağa hazırlaşan Yaqutun maraqlı şəkilləri göz qamaşdırıb. Foto-sessiya ilə bağlı stilist Samiraldo ilə həmsöhbət olduq.
- Samiraldo, necə oldu ki, məhz Yaqutla işbirliyi qurdunuz?
- Yaqutla artıq çoxdan çalışıram. Mən biləndə ki Yaqut ana olmağa hazırlaşır, mən tərəfdən təklif gəldi. Bildirdim ki, istəyirəm səninlə foto-sessiya olsun. Bir müddətdən sonra Yaqutla bu foto-sessiyanı elədim. Sox maraqlıdır, bu mənim üçün böyük bir layihədir ki, inşallah, ana olacaq. Hər bir rolda ana olacağını göstərdi. Çünki elə yerlər var idi ki, Yaqut üçün qorxulu idi. Daşın üstünə çıxıb şəkillər çəkdirmək. Amma bunu bacardı. Çox təşəkkürümü bildirirəm. Çünki şəkillər sosial şəbəkədə maraqla izləndi.
Foto-sessiya haqqında Yaqutla da həmsöhbət olduq.
- Yaqut, çətin olmadı ki, riskli foto-sessiya etdirdin?
- (Gülür). İnanın, çox maraqlı və həm də çox çətin idi. Hava isti idi. Bir də Samiraldonun sözündən çıxmadım. Mənim üçün də maraqlı idi. Bilirsiniz ki, bu ay ana olacağam, hərəkət etmək çətindir. Samiraldo sağ olsun, çox əziyyət çəkdi. 3 paltarda möhtəşəm foto-sessiyam oldu. İnşallah, Samirlə işbirliyimiz bundan sonra da olar. Artıq 4 ildir birgə işləyirik. Allah hamını qorusun! Ana olmağı arzulayanlara da qismət olsun. Çünki 9 ay bu hisslə yaşamağı hər adama Tanrı qismət etmir. Foto-sessiyadan sonra sosial şəbəkələrdə çox maraqlı fikirlər bildirdilər. Hamı bəyəndi. Düzdür, nəzəri tez götürürəm. Evə gələn kimi anam üzərlik yandırdı. Bir az Dağüstü parkda pilləkənlərlə çıxıb-düşmək, daşların üstündə foto-sessiya mənim üçün ağır oldu.
Minnətdaram, hər birinizə. İnşallah, sentyabr ayında möhtəşəm bir layihə ilə məni sevənlərin hüzuruna gələcəyəm.
Könül AYPARA.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































