Vüsalə Musayeva Astanada keçirilən “Astana keştəri” festivalından dönüb

Vüsalə Musayeva Astanada keçirilən “Astana keştəri” festivalından dönüb

Opera və Balet Teatrının solisti Vüsalə Musayeva Qazaxıstanın Astana şəhərində keçirilən "Astana keştəri" ("Astana axşamları" ) festivalından dönüb. Bu barədə o, Mediainfo.az-a açıqlamasında bildirib. Artıq ikinci dəfədir keçirilən festivala dünyanın bir çox ölkələrindən olan məşhur musuqiçilər qatılıb. Xanəndə festivalın açılış mərasimində təşkil edilən konsert proqramında çıxış edib. Onu əməkdar artist Elşən Mansurov və Malik Mansurovun rəhbərlik etdiyi ansambl müşayət edib: ""Astana keştəri" bizim Qəbələ festivalına oxşayır. Biz festivala fəxri qonaq kimi dəvət olunmuşduq. Çıxışımız Qazaxsıtanın modern üslubda olan və gözəlliyi ilə tanınan Opera və Balet Teatrında oldu. Əvvəlcə mən, Elnur Zeynaolv və Məryəm Şabanova birlikdə "Bayatı-Şiraz" dəsgahını təqdim etdik. Sonra ayrı-ayrılıqda öz solo ifamızı səsləndirdik. Mən ifama "Şur" təsnifi ilə başladım, muğamla davam etdim və karifey sənətkarımız rübabə Muradovanın reperturında n olan "Heydərbabaya salam" mahnısını ifa etdim. Çıxışımız alqışlarla və rəğbətlə qarşılandı".

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az