"Eurovision-2015" mahnı müsabiqəsinə Avstriyanın paytaxtı Vyana ev sahibliyi edəcək. Apa-nın məlumatına görə, Avstriyanın ORF İctimai Yayım Şirkəti uzun müzakirələrdən sonra yarışmanın Vyanada keçirilməsinə qərar verib. Yayım şirkətindən bildiriblər ki, yarışmanı keçirməyə iddialı şəhərlər arasında Qrats, İnsbruk şəhərləri də olub. Şirkətin direktoru qeyd edib ki, "Eurovision" mahnı müsabiqəsinin 60 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklər.
Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsinin I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə mayın 23-də keçiriləcək.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































