İsveçli müğənni, "Eurovision-2012" mahnı yarışmasının qalibi Loren Twitter hesabında ictimai fəal Rəsul Cəfərovun həbsindən yazıb.
"Dostum, hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan hakimiyyəti tərəfindən həbs olunub", - yazan Loren Rəsul Cəfərovla birgə çəkdirdiyi şəkli də paylaşıb.
Rəsul Cəfərovla Lorenin tanışlığı 2012-ci ildə "Eurovision" mahnı yarışmasına ev sahibliyi edən Bakıda baş tutub. Həmin vaxt Rəsul Cəfərov keçirdiyi "Sing for Democracy" kampaniyası ilə beynəlxalq ictimaiyyətin diqqətini ölkədə insan haqları, demokratiya problemlərinə yönəltməyə çalışırdı.
"Sing for Democracy"nin təşkil etdiyi sərgiyə yarışmaya qatılanlardan yalnız Loreen diqqət göstərmişdi.
Rəsul Cəfərov avqustun 2-də həbs olunub. Ona qarşı qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri irəli sürülüb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































