Rəşad Kəsəmənli cəbhə bölgəsində döyüşməyə hazır olduğunu sübut etdi

Rəşad Kəsəmənli cəbhə bölgəsində döyüşməyə hazır olduğunu sübut etdi
Aktyor dostları ilə Müdafiə Nazirliyinə müraciət edib

Son iki gündə cəbhə bölgəsində gedən ağır döyüşlər nəticəsində Azərbaycan tərəfdən verilən itkilər hər birimizin ürəyini göynətməkdədir. Vətən uğrunda şəhid olan əsgərlərimiz torpağa tapşırılsa da, onlar üçün anaları, ataları deyil, bütün Azərbaycan göz yaşı axıdır. Cavanlar, gənclər qisas hissi ilə alışıb-yananlar, şəhidlərimizin qanlarını yerdə qoymaq istəməyənlər Ali Baş Komandanın müharibə elan etməsini səbirsizliklə gözləyirlər.

Onların arasında məhəbbət şairi Nüsrət Kəsəmənlinin yadigarı Rəşad Kəsəmənli də var. Belə ki, dünən dostlarını (onların arasında rejissor Samir Qulamov, Şahin Zəkizadə, Elçin Məmmədli, Zaur Zeynal, Samir Həsənov, Rüfət Umidov, Yaşar Əhmədov, Rəşad Ataş, Alif Cahangirli də vardı), sosial şəbəkədə əlaqədə olduqlarını döyüşə səsləyən R.Kəsəmənli könüllülər dəstəsi yaratmaq məqsədilə birbaş Müdafiə Nazirliyinə yollanıb. Vətən uğrunda döyüşməyə hazır olduqlarını söyləyən bir sıra vətəndaşlara nazirlikdən bildirilib ki, hərbi səfərbərlik elan edilmədiyi üçün onları döyüş bölgəsinə yollaya bilməzlər.

Həmin ərəfədə məlum olub ki, Rəşad və dostları kimi cəbhə bölgəsində döyüşmək istəyən yüzlərlə könüllülər nazirliyə müraciət ediblər.

P.S. Bu, əlbəttə ki, qürurverici hissdir. Deməli, hələ də xalqımızın cəsarətli, vətənpərvər, igid oğlanları var, olub, olacaq da! İnşallah, tezliklə səfərbərlik elan olunar. Və millətimizin cəsur əsgərləri sayəsində torpaqlarımız işğalçı ermənilərdən azad edilər. O zaman hər kəsin (əlbəttə, söhbət əsl kişilərdən gedir, Elşad Xose kimi sosial şəbəkələr vasitəsilə şəhidləri, qaçqın və köçkünləri təhqir edən məxluqlardan yox) vicdanı rahatlaşar.

Allah şəhidlərimizə rəhmət eləsin! Cəsur Azərbaycan oğlanlarını var eləsin! Yaşa, Azərbaycanımız!

Hazırladı: Könül Aypara

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az