Tanınmış idmançı həbs olunması barədə açıqlama verdi

Tanınmış idmançı həbs olunması barədə açıqlama verdi
Kamil Zeynalov: "Xəbərlər yalandır!"

Tanınmış idmançı-məşqçi Kamil Zeynalovun polis tərəfindən saxlanılması xəbəri yalandır. Bu barədə AzNews.az-a idmanşının özü məlumat verib. O qeyd edib ki, hazırda Qaxda ailəsi ilə birgə istirahət edir:
"Hazırda müğənni Xatirə İslam da ailəsiylə bizimlədir. Neçə gündür burdayıq. Haqqımda yayılan xəbər tamamilə yalandır".
Qeyd edək ki, bu gün publika.az saytı K.Zeynalovun yol polisi tərəfindən saxlanıldığını və idmançının polisə əl qaldırdığını yazmışdı. Bildirilirdi ki, Zeynalov idmançı Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.

Onu da xatırladaq ki, Kamil Zeynalov müğənni Gülay Zeynalovanın həyat yoldaşıdır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az