Türkiyə musiqisinin kralı sayılan tanınmış müğənni İbrahim Tatlısəs Amerikada əməliyyat masasına əyləşəcək. Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə ifaçının özü məlumat verib. O bildirib ki, 2011-ci ildə baş vermiş silahlı hücum nəticəsində beynindən aldığı zədəni yenidən müalicə etdirəcək: "Kəfənimi geyindim, gedirəm. Ya köhnə halıma dönüb geri gələcəyəm, ya da dönməyəcəm".
Onu da əlavə edək ki, bir neçə dəfə beyin əməliyyatı keçirən müğənninin sol tərəfi iflic olub. Müğənni sonuncu əməliyyatla sol qolunun hərəkət qabiliyyətini yenidən qazanmaq istədiyini deyib.
Qeyd edək ki, İ. Tatlısəs 2011-ci il martın 14-də baş vermiş silahlı hücumdan sonra bir neçə ay Türkiyə ilə yanaşı, bir neçə ölkədə müalicə alıb. O, dərdinə əlacı hətta ötən il Azərbaycanda da axtarmışdı.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































