"Şikayət edən şəxslə aralarında barışıq olub, hesab edirəm ki, Kənanı buraxacaqlar"
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov həbsdə olan rejissor Kənan Mahmudovla (Kənan M. M.) görüşüb.
Bu barədə apa -ya məlumat verən E. Behbudov bildirib ki, bu gün Binəqədi rayon Polis idarəsinin müvəqqəti saxlanma yerində monitorinq keçirib: "Orada beş nəfər saxlanılırdı. Onlardan biri də 1976-cı il təvəllüdlü Mahmudov Kənan Mahmud oğludur. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən saxlanılıb. Lakin özünü təqsirli bilmir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Bildirdi ki, polis əməkdaşları ona hörmətlə yanaşırlar. Ondan Vüqar Muradov adlı şəxs şikayət edib, lakin sonradan şikayətini geri götürüb. Aralarında barışıq olub. Hesab edirəm ki, Kənanı buraxacaqlar" .
Qeyd edək ki, Kənan Mahmudov (Kənan. M. M.) müğənni Vüqar Muradov və onun qardaşı Vüsalın şikayət ərizəsi əsasında saxlanılıb və Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































