Müğənni Vüqar Muradov rejissor Kənan M.M-lə aralarında baş verən davaya aydınlıq gətirib. Sənətçi AzNews.az-ın suallarını cavablandırıb.
-Vüqar bəy, hadisə necə baş verdi?
-15 nəfər idmançı ilə üstümə gəlmişdi. Yanındakılardan biri məşqçisi Emil Hacıyev idi. Yaxşı ki qarşısı alındı. 15 nəfər üstümə hücuma gəlmişdi.
-Xəsarət almısınız?
-Yox, xəsarət almamışam.
-Siz 2 nəfərlə 15 nəfər idmançıya qarşı necə müdafiə olundunuz?
-Müdafiə olunduq Allahın izniylə. Birtəhər vəziyyətdən çıxdıq.
-Məsələyə dərhal polis qarışdı?
-Bəli.
-Hadisə harda baş verib?
-Mən avtomobilimi düzəltdirirdim. Usta yanında idim.
-Yəqin ki münasibətləriniz "Ulduzların döyüşü" telelayihəsindən sonra gərginləşdi.
-Bəli, elədir.
-Bəs nə baş verdi ki, münasibətlər bu qədər gərginləşdi?
-Üstümə məni sındırmaq məqsədilə gəlmişdi. Həmin layihədə məğlubiyyətilə barışmadığı üçün məni sındırmaq istəyirdi.
-İçinizdə ona qarşı kin qalıb?
-Bağışlayıram. Mən kişiyəm,mənim şərəfim var. Mənə yaraşmaz. Birinci növbədə insanam.
-Polisdə sizi üzləşdirdilər yəqin ki.
-Bəli, üzləşdik. /Aznews/
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































