Tanınmış müğənni İbrahim Tatlıses başındakı sümük parçasından xilas olmaq üçün əməliyyat olacaq. Əməliyyat ABŞ-da keçiriləcək.
Silahlı hücuma məruz qaldıqdan sonra başından yaralanan müğənninin zədələnən kəllə sümüyünün parçalarından biri risk daşıdığı üçün çıxarılmamışdı. Bu isə onun sol tərəfini iflic etmişdi. Müğənni ABŞ-da keçirəcəyi əməliyyatla sol qolunun hərəkət qabiliyyətini yenidən qazanmağı hədəfləyir.
Tatlısəs sümüyün çıxarılması üçün Ramazan Bayramından sonra ABŞ-a gedəcək.
Qeyd edək ki, İbrahim Tatlısəs 2011-ci il 14 mart tarixində İstanbulun Maslak ərazisində silahlı hücuma məruz qalıb. Başından güllə yarası alan müğənni uzun müddət müalicə kursu keçib. Sənətçi hələ də oxumur və sol tərəfini hərəkət etdirə bilmir. /ans/
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































