Bu gün Ali Məhkəmədə xalq artisti Nazpəri Dostəliyevanın xalq artisti İlhamə Quliyevaya qarşı kassasiya şikayətinə baxılıb. N. Dostəliyevanın vəkili Yunis Vəliyevin verdiyi məlumata görə, hakim Qəhrəman Allahverdiyevin sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara əsasən, N. Dostəliyeva İ. Quliyevaya 25 min manat təzminat ödəməlidir.
Qeyd edək ki, İ. Quliyeva N. Dostəliyevaya qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. İddiada İ. Quliyeva N. Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərər vurulduğunu bildirib. İddiaçı cavabdehdən maddi zərərə görə 200 min, mənəvi zərərə gör 500 min manat tələb edib. Lakin məhkəmə iddianı qismən təmin edərək N. Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb. Həmin qərarla razılaşmayan N. Dostəliyeva isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Həmin qərardan N. Dostəliyevanın vəkili kassasiya şikayəti verib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































