EMİNin konsertində Müslüm Maqomayevin həyat yoldaşı da iştirak edib

EMİNin konsertində Müslüm Maqomayevin həyat yoldaşı da iştirak edib

Məşhur bəstəkar-müğənni Emin Ağalarov ötən gün "Yaşıl teatr"da növbəti dəfə pərəstişkarlarının qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib.
Yüksək keyfiyyətli işıq effektləri və səhnə dekorasiyası ilə göz qamaşdıran sənətçi səhnəyə çıxaraq hər kəsi salamlayıb. Daha çox Rusiyada olmasına baxmayaraq Bakını çox sevdiyini və sevənləri ilə birlikdə olmaqdan böyük zövq aldığını bildirib.
EMİN ilk olaraq sevilən mahnılarından ibarət popuri səsləndirib. Gecəyə xüsusi olaraq hazırlaşdığını deyən müğənni gecə boyunca rəqs edib, tamaşaçılarına xoş anlar yaşadıb.
Konsert proqramında ifaçının yaxın dostları onu tək qoymayıblar. Azərbaycanla yanaşı Rusiyadan da bir neçə yaxın dostu ona dəstək olmaq üçün Bakıya gəlib. Minlərlə tamaşaçının sırasında SSRİ xalq artisti, Azərbaycanın fəxri Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da olub. EMİN gecəyə qatıldığına görə xanıma təşəkkürünü bildirib və M.Maqomayevin repertuarından olan "O more-more" mahnısını səsləndirib. Bu mahnıya görə hamı onu ayaq üstə alqışlayıb.
Maraqlı anlarla dolu keçən konsertə ifaçı pərəstişkarları ilə söhbət edib, zarafatlaşıb hətta bir neçə "selfie"də çəkdirib./ans/

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az