"Mən başa düşə bilmirəm, məni qınayanlar oturub xarici, xüsusən də, türk seriallarında həmin səhnəyə baxırlar və bunu normal qarşılayırlar. Bizdə adi bir səhnə olan kimi hay-küy qaldırırlar"
Bunu milli.az-a əməkdar artist Mehriban Xanlarova deyib. Vaxtilə Şahmar Ələkbərovun "Sahilsiz gecə" filmində nisbətən açıq səhnəyə çəkilməsindən danışan M. Xanlarova deyir ki, əslində, orada elə bir açıq səhnə yox idi: "Bir az paltarımı qaldırmışdım. Onu da şişirtdilər. Müxtəlif fikirlər səsləndirdilər. Amma sonradan ara sakitləşdi".
Əməkdar artist onu da deyib ki, illər əvvəl "Təhminə və Zaur" filmində "Təhminə" rolunu o ifa edəcəkdi: ""Təhminə" roluna mən çəkiləcəkdim. Təsəvvür edirsiniz, biz artıq filmin məşqlərinə başlamışdıq. Son məqamda Rasim Ocaqov məni yox, Meral Konratı çəkmək qərarına gəldi. Səbəbini özüm də bilmirəm. Sakitcə çıxıb getdim. Əlbəttə, zənn edirəm ki, mən "Təhminə"ni Meral Konratdan yaxşı oynayardım və bu məndə ona nisbətən daha gözəl alınardı".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































