Kim Kardaşyan Bakıya gələ bilər
7 Sentyabr 11:52
İyulun 6-da Yaşıl Teatrda xanımına "Həyatımsan, ömrüm qədər" adlı konsert həsr edən müğənni Nadir Qafarzadə Fransaya yola düşüb. Hazırda Fransada olan müğənni Mediainfo.az-a açıqlama verərək bildirib ki, yaradıcılıq işləri ilə əlaqədar vətəni tərk edib: "Həyat yoldaşıma həsr elədiyim konsertdən sonra hələ ki, dincəlməyə vaxtım olmayıb. Yeni mahnılar yazdırmışam. Onların son tamamlanma işləri gedir. Özüm isə Fransaya gələsi oldum. Çünki burada gerçəkləşəcək olan layihədə iştirak edəcəm. Həmin proyekt barədə ətraflı nəsə deyə bilməyəcəm. Amma bir tək onu deyə bilərəm ki, həmin layihə səs-küylü olacaq".