Şairə, mahnı bəstəçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım İsmayılqızının oğlunun şənbə günü qəflətən dünyasını dəyişməsi onu və yaxınlarını sarsıtdı.
Şairə Xanım İsmayılqızının sosial şəbəkədəki dostları, yaxınları, bir çox ziyalılar ona başsağlığı bildiriblər. Şairə isə bu gün bir neçə gün ərzində onun yanında olan, mənəvi dəstəyini göstərən bütün dost-tanışlara minnətdarlıq edib.
Daha sonra isə oğluna həsr etdiyi qısa bir şeiri sosial şəbəkə izləyiciləri ilə bölüşüb:
"Susuzluqdan yanıram,
Ovcunda su ver içim.
O suya bir az ürəyini qoy,
Bir az hərarətini çilə,
İçim, dirilim damla-damla,
gilə-gilə...
Sönsün quraqlıq odum,
Qurtum-qurtum doğulum,
OĞLUM..."
Xatırladaq ki, şairənin oğlu Fəridi Əliyevin şənbə günü ürək tutmasından dünyasını dəyişdiyi bildirilir./ans/
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































