"Bülbüllər - 1984" Respublika Mahnı Festivalının qalibi, müğənni Ziyəddin Səfərov intihar etmək istəyir. Bunu AzNews.az-a açıqlamasında müğənninin özü bildirib. O deyib ki, intihar etməsi fikrinə gəlməsinə səbəb açınacaqlı vəziyyətdə yaşaması və sosial problemlərinin həddindən artıq çoxluğudur:
"Mənə kömək edin, ay vicdanlı adamlar! Dolana bilmirəm, borcun içində ölürəm. Borclu olduğum insanlar qapıma dirənib. Elə vəziyyətdəyəm ki, intihar etmək fikrinə düşmüşəm".
Z. Səfərov bu niyyətini həyata keçirməyə bir neçə dəfə cəhd etdiyini də bildirib:
"Metronun "28 May" stansiyasının yanında özümü atmaq üçün yer axtardım, lakin tapa bilmədim. Yaşamaq istəmirəm. Heç kimin balasına, nə də özünə belə acınacaqlı həyat arzulamıram".
Binəqədidə kirayə qaldığını deyən müğənni bir vaxtlar onunla musiqi təhsili alan bu günün tanınmaşlarından heç bir dəstək görmədiyini də deyib:
"Aybəniz Haşımova, Könül Kərimova və başqaları ilə görüşsəm də, danışsam da heç biri yaxına gəlmir. Televiziyaların qapıları üzümə bağlıdır. Bir "Xəzər"dən başqa hamısı pul umur. Yenə sağ olsun Zaur Kamal, "Xəzər"də aparıcısı olduğu "Ay Zaur" verlişinə çıxarıb məni. Halal olsun ona, kişi adamdır, qalanları "bandit"di".
Özü haqqında məlumat verən müğənni bildirib ki, "Bülbüllər -1984" festivalının qalibi olduqdan sonra bu gün bir çox tanınmış müğənnilərlə - Aybəniz Haşımova, Gülüstan Əliyeva, Könül Kərimova ilə birlikdə 1987-ci ilədək Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb:
"Amma ailə vəziyyətimlə əlaqədar bir müddət sənətdən uzaqlaşdım. On il sonra işləmək üçün Bakıya qayıtdım. Yeddi ildir Bakıda yaşayıram, əgər buna yaşamaq demək mümkündürsə. Çıxış yolunu intiharda tapacağam. Bu gün də olmasa sabah intihar edəcəyəm".
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































