Mediainfo.az-ın verdiyi məlumata görə, Türkiyənin tanınmış aktyoru, 42 yaşlı Nejat İşlerin səhhətindəki nasazlıq davam edir. Bir müddət əvvəl şoka düşə də, yenidən həyata qaytarılan aktyor haqqında çıxan xəbər bu dəfə pərəstişkarlarını daha çox üzüb.
Belə ki, Nejat İşlerin qanqrenadan əziyyət çəkdiyi, buna görə də Amerikan Xəstəxanasında üç saat davam edən əməliyyatdan sonra üç barmağının kəsilməsi xəbəri yayıldı. Lakin sonradan bəlli oldu ki, onun əl barmaqları deyil, üst hissədəki ətlər kəsilərək götürülüb.
Xatırladaq ki, N.İşler sonuncu dəfə "İntikam" teleserialında baş rollardan biri kimi çıxış edirdi. Lakin qaraciyər serrozundan əziyyət çəkən aktyorun səhhətindəki nasazlıq onu serialı yarımçıq qoymaq məcburiyyətində buraxmışdı. Uzun müddət komada qalan İşler çox çətinliklə həyata qaytarılmışdı. Müalicəsi davam etdirilir. Ciddi nəzarət altındadır.
Günel Həbib
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































