Meyxanaçı Namiq Qaraçuxurlu ailə həyatı qurmağa hazırlaşmasından danışıb. Məlumata görə, söz ustası "10-lar" verilişinə açıqlamasında bildirib ki, onun toyunda yalnız bəylər olacaq: "Mən ancaq kişi toyu edəcəm. Yalnız bəylər olacaq. Gəlini də heç kim görməyəcək. Çünki bunu özüm istəmirəm".
N.Qaraçuxurlu gəlinsiz toyun şayiələrə səbəb olacağına isə bu cür şərh verib:
"Elə insanlar var ki, hər zaman onlara gülmüşəm. Bəzilərinə deyəndə "zaqs"ın yoxdur, inandırmaq üçün gətirib sənəd göstərir. Nə bilim uşaq mənimdir, soyadı da var. Toyu tamaşaçılar, media üçün etmirəm. Mən özüm üçün edirəm bu xeyir işi. Ona görə də, bunun dərdini çəkmirəm".
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































