Müğənni Mətanət İsgəndərlinin Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətində solist-vokalçı kimi fəaliyyətinə xitam verilib.
Axar.az xəbər verir ki, bu sözləri müğənni özü bu gün Nərimanov rayon Məhkəməsində baş tutan məhkəmə prosesində bildirib.
O, işdən uzaqlaşdırılmasının səbəbini izah etməyib.
Qeyd edək ki, bu gün Mətanət İsgəndərlinin "Aznews.az" saytının Baş redaktoru Elçin Zahiroğluna qarşı xüsusi ittiham qaydasında iddiası üzrə məhkəmə prosesi keçirilib. Müğənni özü haqda narkotik istifadəçisi olması ilə bağlı yayımlanan informasiyaya görə baş redaktorun həbsini istəyir.
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































