Bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış müğənni Mətanət İsgəndərovanın AzNews.az xəbər saytının baş redaktoru Elchin Zahiroglu və media orqanının əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında hakim Turqay Hüseynovun sədrliyi ilə məhkəmə prosesi keçirilib.
Prosesdə Axar.az saytının baş redaktoru Anar Niftəliyev çıxış üçün məhkəmədən söz istəyib. Hakim jurnalistə söz verməyərək, onu zaldan çıxarılacağı ilə hədələyib. Anar Niftəliyev hakimin bu davranışına etiraz olaraq məhkəmə zalını özü tərk edib.
Məhkəmədə iştirak edən jurnalistlər bildirir ki, hakim prosesdə Aznews.az-ın rəhbərinə qarşı qərəzli olub. O, adı vaxtilə Hacı Məmmədov və Elşad Abdullayev olaylarında hallanan Mətanət İsgəndərlini müdafiə edərək, jurnalistlərin vəkilinə xəbərdarlıq edib. Hakim həmçinin M.İsgəndərlinin məhkəmə prosesini pozan hərəkətlərinə də göz yumub.
Xatırladaq ki, M.İsgəndərovanın məhkəməyə müraciət etməsinə səbəb AzNews.az saytında barəsində gedən yazıdakı "narkoman" ifadəsidir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































