Baba Vəziroğlu Yaşar Cəlilovla istirahətdə

Baba Vəziroğlu Yaşar Cəlilovla istirahətdə

Tanınmış nəğməkar-şair Baba Vəziroğlu ilə müğənni Yaşar Cəlilovun əməkdaşlığı ailə dostluğuna çevrilib. Mediainfo.az-in məlumatına görə, ötən gün Y. Cəlilov şairi ailəsi ilə Mərdəkandakı bağ evinə qonaq dəvət edib. Hər iki ailə birlikdə maraqlı bazar günü istirahəti keçiriblər. Əməkdaşlığa vəsilə olan teleaparıcı, Y. Cəlilovun prodüseri Vüsalə Kərimova şairlə müğənninin əməkdaşlığının daha bir mahnı ilə davam edəcəyini bildirib. Xatıraladaq ki, Y. Cəlilov sözləri B. Vəziroğlu, musiqisi Kamala (Kəmaləddin Heydərov) məxsus "Ulduzlu gecə" mahnısını ifa edib. Mahnı qısa zamanda dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az