Türkiyədə yayımlandığı gündən etibarən böyük tamaşaçı kütləsi qazanmağı bacaran "Muhteşem yüzyıl" serialından sonra "Kösəm Sultan" start götürəcək.
Adıçəkilən serialın istehsalçısı olan "Tims Prodakşn" serial bitər-bitməz yeni filminin anonsunu yayıb. 1,5 il sonra yayımlanması planlaşdırılan filmin ilk görüntülərindən sonra türk mətbuatında Kösəm Sultan rolunu kimin oynayacağı ilə bağlı müzakirələr başlayıb. Tamaşaçılar arasında Məryəm Üzərlinin yenidən sultan rolu ilə ekranlara qayıdacağı haqda şayiələr yayılıb. Lakin şirkət Kösəm Sultan roluna ən yaxşı namizəd kimi son dəfə "İntikam" serialı ilə tamaşaçı qarşısına çıxan Bərən Saatın adını çəkib.
Osmanlı tarixinin ən güclü qadınlarından olan Kösəm Sultan 1590-cı ildə Yunanıstanda anadan olub. Əsl adı Anastasiyadır və 15 yaşında ikən İstanbula göndərilib. Sultan I Əhmədin xanımı olan Kösəm ağılı ilə qısa bir zamanda bütün saraya öz nüfuzunu qəbul etdirib. Kösəm Sultan Osmanlı tarixində oğlanlarının və nəvəsinin padşahlığını görən yeganə qadındır./ans/
Mediainfo.az
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































